Saytımızı qiymətləndirin


 
 

Qazaxın 7 kəndi delimitasiya mövzusudur - DSX rəsmisi
Tarix: 16-08-2022 | Saat: 15:21
Bölmə:Karusel / Gündəm | çapa göndər

Dövlət Sərhəd Xidmətinin vəzifəsi qarşısına qoyulan tapşırıqları, yeni qəbul olunmuş qərarları icra etməkdən ibarətdir.


Qarabaginfo.az xəbər verir ki, bunu Dövlət Sərhəd Xidməti (DSX) rəisinin müavini general-leytenant Abbas Xəlilov avqustun 16-da keçirilən mətbuat konfransında deyib.


O qeyd edib ki, DSX dövlət sərhədini müəyyən edən qurum deyil.

“Düzdür, delimitasiya ilə bağlı Komissiyada təmsil olunur. Qərar nə olarsa, biz bunu yüksək səviyyədə yerinə yetirməyə hazırıq”, - deyə rəis müavini bildirib.

Dövlət Sərhəd Xidmətinin (DSX) Aparat rəhbəri general-mayor Elçin İbrahimov isə tədbirdə digər maraqlı məqama toxunub. O bildirib ki, Ermənistanın işğalı altında olan Qazaxın 7 kəndi ilə bağlı məsələ də delimitasiya mövzusudur.


Xatırladaq ki, Qazax rayonunun işğal altında olan 7 kəndi aşağıdakılardı:


Bağanis Ayrım – 24.03.1990
Xeyrimli – 08.03.1992
Aşağı Əskipara – 12.03.1992
Barxudarlı – 27.04.1992
Sofulu – 27.04.1992
Qızılhacılı - 11.05.1992
Yuxarı Əskipara – 08.06.1992



Xəbəri paylaş

1189 dəfə oxunub.

Digər xəbərlər