"ABŞ və NATO Rusiyaya qarşı daha aqressiv və qətiyyətli davranmalıdır" - "Washington Post"
Tarix: 15-08-2022 | Saat: 17:25
Bölmə:Karusel / Dünya | çapa göndər
1196 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 15-08-2022 | Saat: 17:25
Bölmə:Karusel / Dünya | çapa göndər
"Biz risk həddindəyik": cəbhəyanı ölkələr Rusiyanın hücumlarını dəf etməyə hazırlaşır və NATO-dan daha aqressiv olmağı xahiş edir...
Birləşmiş Ştatlar və NATO-nun şəxsi heyət və texnikasını Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə cavab olaraq Şərqi Avropaya göndərdiyi zaman Baltikyanının həssas ölkələri var gücü ilə öz müdafiəsini gücləndirməyə cəhd edir, Rusiyanın növbəti hücumuna məruz qalacaqlarından ehtiyat edir.
Qarabaginfo.az xəbər verir ki, bu barədə "Washington Post" qəzeti yazıb.
Rusiya və nə zamansa bufer dövlət hesab edilən, Ukraynada müharibə başlanandan Rusiya qoşunları üçün operativ baza kimi fəaliyyət göstərən Belarusla sərhəddə yerləşən NATO üzvü olan ölkələr Qərbin əlavə hərbi yardımına ehtiyacı var. Bu barədə, o cümlədən, Latviyanın müdafiə naziri Artis Pabriks bu yaxınlarda ABŞ müdafiə naziri Lloyd Ostinin səfəri zamanı bəyan edib.
"Müharibənin bizim sərhədlərimizə yaxınlaşmasının gerçək riskini nəzərə alaraq, Latviyanın silahla bağlı yardıma ehtiyacı var", - Pabriks deyib.
Onun mövqeyinə Estoniya müdafiə nazirliyinin baş katibi Kuste Salm dəstək verib.
"Rusiyanı çəkindirmək üçün döyüş qabiliyyəti nöqteyi-nəzərindən bizə HIMARS, Reaper, kontrbatareya radarları lazımdır...Biz risk həddindəyik. Bizim milli təhlükəsizliyimiz bəzi ehtiyatlarımızı işə salacağı riskləri çox böyükdür...Və mən bilirəm ki, başqa müttəfiqlərmiz də bunu edir. Yeganə həll yolu hərbi istehsal gücümüzü sürətlə artırmaq və bu maliyyələşməyə aldıqlarımızı təmin etməkdir", - Salm qeyd edib.
Öz növbəsində polşalı hərbi attaşe Kşiştof Nolbert bəyan edib ki, "bu müharibədə qələbə Avropanın təhlükəsizliyi üçün mütləq zəruridir". Polşa Ukrayna Silahlı Qüvvələrinin kəmiyyətinə görə üçüncü donor ölkəsidir, Nolbert əlavə edib, müntəzəm olaraq Qərbə Kiyevə "ardıcıl deyil, qətiyyətlə dəstək olmağa çağırış edir.
Eyni zamanda, Polşanın rəsmi şəxsləri hesab edir ki, ABŞ Varşavaya artıq vəd etdiyi müəyyən silahların-"Patriot" raket batareyaları, HIMARS, F-16 qırıcılar və Adams döyüş tanklarının tədarükünü sürətləndirə bilər və bu, onların özünün müdafiə qabiliyyətinə çox kömək edə bilər.
"Washington Post" xatırladıb ki, bundan öncə Ağ ev Ukraynaya rusiyalı işğalçılara qarşı mübarizədə kömək edən xarici ölkələrə dəstəyə və hərbi təchizata yüz milyon dollar ayrılmasını təsdiq edib. Bu kateqoriyaya həm də cəbhəyanı dövlətlər daxildir. Son altı ayda edilən hərbi investisiyalar bu ölkələrdə minnətdarlıqla qarşılanır, lakin region liderləri güman edir ki, uzunmüddətli perspektivdə Alyans daha aqressiv və qətiyyətli olmalıdır", qəzet belə yazıb.(Moderator.az)
Xəbəri paylaş
Digər xəbərlər
10-01-2023, 19:07
Prezident İlham Əliyev: Nəqliyyat sahəsində görülən işlər bizim mövqeyimizi daha da gücləndirəcək
29-02-2020, 18:41
Bu ildən məktəblərdə şəhadətnamə attestatla əvəz ediləcək
19-09-2024, 14:16
Prezident İlham Əliyev Ağdam Sənaye Parkında Dam örtükləri istehsalı zavodunun açılışında iştirak edib
27-08-2021, 16:34
Axtarışda olan 72 nəfər saxlanılıb
4-06-2022, 06:31
XİN: Artak Beqlaryanın “RİA-Novosti”yə müsahibəsi Rusiyanın bölgədə sülh yaratmaq səylərinə kölgə salır
30-04-2024, 20:51
XTQ-nin 25-ci ili - VİDEO
5-01-2018, 11:07
Alpinistlər itkin dağçılarla bağlı bəyanat verdilər
21-12-2021, 13:04
Azad edilən ərazilərdə Zəfər muzeyləri açılır
29-10-2020, 17:53
İşğaldan azad olunmuş ərazilərdə hər rayon üzrə xüsusi idarəetməni həyata keçirən müvəqqəti komendantlıqlar yaradılacaq