Saytımızı qiymətləndirin


 
 

Müdafiə nazirinin adı qalmaqalda - Restoranda baş verən atışmanın TƏFƏRRÜATLARI
Tarix: 04-02-2022 | Saat: 13:50
Bölmə:Karusel / Region | çapa göndər

Müdafiə nazirinin adı qalmaqalda – Restoranda baş verən atışmanın TƏFƏRRÜATLARI

Yanvarın 23-də Kotayk rayonundakı “Tsirani” restoran kompleksində baş verən münaqişənin təfərrüatları məlum olub.

Qarabaginfo.az “Hraparak”a istinadən xəbər verir ki, müdafiə naziri Suren Papikyanın dostu, eləcə də ötən gün onun toyunun xaç qardaşı Armen Qaleçyan adlı gənc sərxoş halda silahından atəş açıb və restoranda böyük narahatlıq yaradıb. Qeyd edək ki, Qaleçyan həm də İrəvan Ağsaqqallar Şurasının “Mənim addımım” fraksiyasının üzvüdür və Papikyan ərazi idarəetmə və infrastruktur naziri olanda onun rəhbərlik etdiyi nazirlikdə işləyib. Müdafiə naziri olanda isə yanına aparıb.

Qəzetin yazdığına görə, Suren Papikyan bir çox dost və qohumlarını müxtəlif sistemlərə yerləşdirib və müxtəlif sferalarda nüfuzunu təbliğ edən yeni təyinatlar həyata keçirir.

Təfərrüatlara görə, Papikyanın dostu Qaleçyan yanvarın 23-də aralarında hakimiyyətin müxtəlif qollarının, o cümlədən məhkəmə və ya hüquq-mühafizə sisteminin nümayəndələrinin də olduğu bir qrup şəxslə yemək üçün “Tsirani” restoranında olub. Əyləncə zamanı Qaleçyan sərxoş vəziyyətdə restoranın mühafizəçilərinə yaxınlaşaraq onlardan tualetin yerini göstərməyi tələb edib. O, restoran işçilərilə kobud danışıb. Kompleksin mühafizəçiləri nizam-intizamı pozan müştərini sakitləşdirməyə çalışıblar.

Hadisə şahidləri deyirlər ki, Qaleçyan bahalı nömrəli, sayrışan mayaklarla təchiz edilmiş “Toyota Prado” markalı avtomobildə olub.

Qarşıdurmadan sonra polis və müstəntiqlər gəlib və hazırda yayılan xəbərə əsasən, mübahisədə iştirak edən şəxslərin müəyyən edilməsi, odlu silahların tapılması istiqamətində zəruri əməliyyat-istintaq tədbirləri həyata keçirilir.

İstintaq Komitəsindən bildirilib ki, hadisə ilə bağlı Ermənistan Cinayət Məcəlləsinin 258-ci maddəsinin 4-cü hissəsi (silahdan istifadə ilə müşayiət olunan xuliqanlıq) ilə cinayət işi başlanıb.

Nəşr yazır ki, müdafiə naziri hüquq-mühafizə orqanları vasitəsilə hər şeyi etməyə çalışırlar ki, Armen Qaleçyanın adını qalmaqaldan uzaq tutsunlar və onu cinayət məsuliyyətinə cəlb etməsinlər.(Konkret.az)



Xəbəri paylaş

1312 dəfə oxunub.

Digər xəbərlər