Saytımızı qiymətləndirin


 
 

Azərbaycanda 2 şirkət dövlətə 2 milyon manata yaxın ziyan vurub
Tarix: 08-04-2022 | Saat: 17:22
Bölmə:Karusel / Gündəm | çapa göndər

Nəyə görə bizə pul bəs etmir?

Azərbaycanda 2 şirkət dövlətə 2 milyon manata yaxın ziyan vurub.

Qarabaginfo.az "Report"a istinadən bildirir ki, Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Quba rayonunun ərazisində yerləşən “Talıbqışlaq” və “Qudyalçay” qum-çınqıl yataqlarında hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər tərəfindən qanunsuz hasilat barədə daxil olan məlumat əsasında Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən aparılan araşdırmalarla dövlətə 1 milyon 822 min manat ziyanın dəyməsi müəyyən edilib.

Faktlarla bağlı Cinayət Məcəlləsinin 188-ci (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma), 255 (yerin təkinin qorunması və istifadəsi qaydalarını pozma) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə 3 cinayət işi başlanılaraq istintaq olunması üçün Baş Prokurorluğun İstintaq idarəsinə göndərilib.



Xəbəri paylaş

1270 dəfə oxunub.

Digər xəbərlər