Saytımızı qiymətləndirin


 
 

Dövlət büdcəsi 6 ay ərzində 1268,9 mln. manat profisitlə icra edilib
Tarix: 12-08-2022 | Saat: 20:38
Bölmə:Karusel / Gündəm | çapa göndər

Dövlət büdcəsi 6 ay ərzində 1268,9 mln. manat profisitlə icra edilib

2022-ci il üçün dövlət büdcəsi kəsirinin yuxarı həddi ilkin olaraq 3063,0 mln. manat məbləğində təsdiq edilib, sonradan müvafiq qaydada dəyişikliklər edilərək 3106,0 mln. manata çatdırılıb.

Qarabaginfo.az xəbər verir ki, bu, Hesablama Palatası tərəfindən hazırlanan “2022-ci il Dövlət büdcəsinin icrasına dair yarımillik məlumat”da əksini tapıb.

 

Qeyd edilib ki, bu ilin 6 ayı ərzində dövlət büdcəsi 1268,9 mln. manat profisitlə icra edilib. Dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsi mənbələri üzrə hesabat dövrü üçün nəzərdə tutulmuş məbləğ 434,0 mln. manat və ya 31,9% az icra olub ki, bu da 2021-ci ilin müvafiq dövründə daxil olmuş vəsaitlə müqayisədə 2,1 dəfə azdır.

Hesabat dövründə özəlləşdirilmədən daxilolmalar dövrün proqnozundan az olmuş, dövlət büdcəsinə hesablanılıb, lakin ödənilməmiş borc qalıqlarında artım müşahidə edilib.

Bu dövrdə dövlət əmlakının özəlləşdirilməsindən 25,9 mln. manat daxil olub. 6 aylıq tapşırıq 20,0 mln. manat (44%) az icra edilib, ötən ilin müvafiq dövrünə nisbətən 6,4 mln. manat (19,9%) az olub. 6 ayda 41,4 mln. manat dəyərində dövlət əmlakı özəlləşdirilib. Lakin dövlət büdcəsinə 25,9 mln. manat vəsait daxil olub ki, 15,5 mln. manat vəsait dövlət büdcəsinə ödənilməmiş vəsaitlər üzrə qalıq məbləğini artırıb. Bu vəsaitlər üzrə vaxtı çatıb, lakin büdcəyə ödənilməmiş vəsaitlər üzrə qalıqlar dövrün sonuna əvvəli ilə müqayisədə artaraq 25,2 mln. manat təşkil edib.



Xəbəri paylaş

1193 dəfə oxunub.

Digər xəbərlər