Saytımızı qiymətləndirin


 
 

Britaniya Azərbaycanın Londondakı səfirliyinə hücumu pisləyib
Tarix: 05-08-2022 | Saat: 10:21
Bölmə:Karusel / Siyasət | çapa göndər

Britaniya Azərbaycanın Londondakı səfirliyinə hücumu pisləyib

Britaniya səfirliyi ötən gün Azərbaycan Respublikasının Londondakı səfirliyində baş verən insidentlə bağlı açıqlama yayıb.

Səfirlikdən Qarabaginfo.az-a bildirilib ki, Böyük Britaniya Azərbaycanın Londondakı səfirliyinə daxil olan etirazçıların hərəkətlərini pisləyir və hal-hazırda bu məsələ ilə bağlı hərtərəfli araşdırma aparır.

“Böyük Britaniya Azərbaycanın Londondakı səfirliyinə daxil olan etirazçıların hərəkətlərini pisləyir və hal-hazırda bu məsələ ilə bağlı hərtərəfli araşdırma aparır. Polis binanın içərisindəki səfirliyin əməkdaşlarını təhlükəsiz şəkildə təxliyə edib, daha sonra etirazçıları oradan uzaqlaşdırıb. 8 nəfər həbs edilib. Böyük Britaniya ölkədəki diplomatik nümayəndəliklərin qorunmasına zəmanət vermək öhdəliyinə ciddi yanaşır və polis müvafiq təhlükəsizlik tədbirlərinin görülməsini təmin etmək üçün Azərbaycan Səfirliyi ilə əlaqə saxlayır”, - qeyd olunub.



Xəbəri paylaş

1165 dəfə oxunub.

Digər xəbərlər