Saytımızı qiymətləndirin


 
 

Zelenski məcburi təxliyyə əmri verdi
Tarix: 31-07-2022 | Saat: 14:23
Bölmə:Karusel / Gündəm | çapa göndər

Ukrayna prezidenti Vladimir Zelenski şiddətli döyüşlərin getdiyi Donetsk vilayətində insanların məcburi təxliyəsinə göstəriş verib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə ukraynalı lider videomüraciət ünvanlayıb.

Zelnski bildirib ki, Donbass bölgələrində yüz minlərlə insan yaşayaır.

"Yüz minlərlə insan, on minlərlə uşaq var. Çoxları getməkdən imtina edir. Bunu həqiqətən etmək lazımdır. Bu nə qədər tez baş verərsə, Donetsk bölgəsini nə qədər çox insan tərk edərsə, rus ordusunun sizi öldürməsi üçün fürsəti bir o qədər az olacaq. Əgər belədirsə, lütfən, döyüş bölgələrində qalanlarla danışın. Xahiş edirəm, onları bölgəni tərk etməli olduqlarına inandırın",- deyə Zelenski bildirib.

Ətraflı Ukrayna lideri bölgəni tərk edən sakinlərə kompensasiya veriləcəyini də vurğulayıb.

Digər tərəfdən, yerli KİV-in məlumatına görə, baş nazirin müavini İrina Vereşçuk bildirib ki, bölgənin təbii qaz ehtiyatları məhv edilib.

Buna görə də təxliyə qış başlayana qədər aparılmalıdır.



Xəbəri paylaş

1240 dəfə oxunub.

Digər xəbərlər