Tarix: 24-07-2022 | Saat: 18:52
Bölmə:Karusel / Gündəm | çapa göndər
Soçidə pis hava şəraiti ilə əlaqədar bütün şəhərdə fövqəladə vəziyyət elan edilib.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Soçi şəhər rəhbəri Aleksey Kopayqorodski özünün Teleqram kanalında yazıb.
Onun sözlərinə görə, Soçi son üç gündə yağan leysan səbəbindən xeyli zərər çəkib. O, vəziyyəti çox ciddi adlandırıb.
“Mərkəzi rayon ən çox zərər çəkdi. Soçinin müasir tarixində kurortun bu hissəsində belə böyüklükdə bir hadisə heç vaxt baş verməyib”, - deyə Kopayqorodski bildirib.
O, həmçinin qeyd edib ki, hazırda şəhərdə qəza-bərpa işləri aparılır.
Bundan əvvəl Soçidə gecə saatlarında sel nəticəsində istinad divarının uçduğu Tsyurupa küçəsində fövqəladə vəziyyət tətbiq edilib.
Xatırladaq ki, iyulun 23-də Soçi güclü leysan yağışları səbəbindən su altında qalıb. Şəhərdə bir müddət elektrik enerjisi və su verilişi kəsilib - yarımstansiyalar su altında qalıb. Bundan başqa, bəzi yollarda su olması səbəbindən nəqliyyatın hərəkəti dayandırılıb. Təbii fəlakət zamanı bir qadın avtomobillə yol hasarının arasında sıxışaraq ölüb.
Digər xəbərlər