Saytımızı qiymətləndirin


 
 

Parlament daha bir beynəlxalq sənədi TƏSDİQLƏDİ
Tarix: 30-12-2023 | Saat: 12:19
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

Parlament daha bir beynəlxalq sənədi TƏSDİQLƏDİ

Bu gün Milli Məclisin iclasında “Avropa Şurasının “Terrorçuluğun qarşısının alınması haqqında” Konvensiyasına Əlavə Protokol”un təsdiq edilməsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

 

Qarabaqinfo.az -ın xəbərinə görə, sənədə əsasən, Azərbaycan terrorçuluq məqsədilə ölkə xaricinə səfər edən şəxslər haqqında məlumatların mübadiləsi üçün sutkada 24 saat, həftədə 7 gün ərzində fəaliyyət göstərən əlaqə məntəqəsi qismində Dövlət Təhlükəsizliyi Xidmətini təyin edir.

 

Bu Əlavə Protokolun müddəaları nəticələri tamamilə aradan qaldırılana və Ermənistanla Azərbaycan arasında münasibətlər normallaşana qədər Azərbaycan tərəfindən Ermənistana münasibətdə tətbiq edilməyəcək.

 

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.



Xəbəri paylaş

1162 dəfə oxunub.

Digər xəbərlər