Saytımızı qiymətləndirin


 
 

Aİ-ÜST layihəsi çərçivəsində Azərbaycanda psixi dəstək göstərilənlərin sayı açıqlanıb
Tarix: 19-07-2022 | Saat: 16:05
Bölmə:Karusel / Dünya | çapa göndər

Ümumdünya Səhiyyə Təşkilatı ekspertlərinin Çinə səfəri başlayıb VİDEO - AZƏRTAC

Avropa İttifaqının (Aİ) maliyyələşdirdiyi Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü layihəsi çərçivəsində Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Azərbaycanda psixi sağlamlıq sahəsində uzunmüddətli müalicə xidməti göstərən səhiyyə müəssisələrini dəstəkləməyə davam edir.

Bu barədə Qarabaginfo.az-a ÜST-nin Azərbaycan nümayəndəliyindən verilib.

Bildirilib ki, COVID-19 pandemiyasının geniş yayıldığı və əsas resursların onunla mübarizəyə səfərbər edildiyi ötən dövrdə psixi sağlamlıq və psixososial dəstəyə ehtiyacın artması müşahidə edilib.

Layihə çərçivəsində ölkədəki psixi sağlamlıq müəssisələrinə dəstək məqsədilə bu sahədəki ən böyük müəssisələr olan Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanası və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsinə 1 sentyabr 2021-ci il tarixindən etibarən 3 psixoloq və 3 sosial işçi tərəfindən psixi sağlamlıq və psixososial dəstək göstərilib.

Psixoloqlar və sosial işçilərdən ibarət multidisiplinar komandanın əsas məqsədi pasiyentlərin psixi sağlamlıq və sosial ehtiyacları ilə bağlı problemlərinin həllində onlara dəstək olmaqdan ibarət olub. 10 ay ərzində 18-88 yaş arasında 174 kişi və 96 qadın benefisiar üçün 1455 psixoloji seans təşkil edilib.

Bundan əlavə, proqram çərçivəsində psixoterapevtik seanslar, psixoloji konsultasiyalar, art-terapiya, qrup terapiyası və digər seanslar da keçirilib. Eyni zamanda, müəssisələrin səhiyyə işçilərinin potensialının artırılması məqsədilə layihə psixoloqları və sosial işçilər yanma (tükənmə) sindromu, qəzəbin idarə olunması, əlilliyi olan şəxslərin hüquqları və onların cəmiyyətə inteqrasiyası, habelə psixi sağlamlıqda psixoloji yardım və etik prinsiplər mövzularında təlimlər təşkil edib.

Pasiyentlər və onların ailə üzvləri də daxil olmaqla, təlimlərdə 150-dən artıq insan iştirak edib. Hər iki müəssisədə fəaliyyət göstərən komandalar həmçinin Beynəlxalq Əlillər, Uşaqların Beynəlxalq Müdafiəsi və İnsan Hüquqları Günləri ilə bağlı maarifləndirici tədbirlər təşkil edib.

Sosial işçilər sosial biliklərin artırılması, şəxsiyyət vəsiqələrinin alınması, əlilliyin müəyyən edilməsi, əlilliyə görə müavinətlərin təyin edilməsi və əlil arabalarının əldə edilməsi, sosial həyata uyğunlaşma, cəmiyyətə reinteqrasiya, ailə münasibətləri, işədüzəlmə və peşə təlimləri sahəsində benefisiarlara dəstək olub. Ümumilikdə, sosial işçilər tərəfindən 500 sosial konsultasiya keçirilib, dövlət qurumları ilə əməkdaşlıq sayəsində 102 pasiyentin sosial problemi öz həllini tapıb.
Bu, psixoloqlar və sosial işçilərin iştirakı ilə gerçəkləşmiş ilk belə sosial təşəbbüsdür. ÜST Azərbaycan ölkədə psixi sağlamlıq və psixososial xidmətlərin göstərilməsinə dəstək olmağa davam edəcəkdir.

Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü Aİ-nin maliyyə dəstəyi ilə ÜST-nin Azərbaycan Ölkə Ofisi tərəfindən həyata keçirilən COVID-19 pandemiyasına qarşı mübarizəyə dəstək layihəsidir. Layihə gələcəkdə baş verə biləcək pandemiyalara qarşı dayanıqlı cavab potensialının formalaşdırılmasına yardım göstərilməsini hədəfləyir və Aİ ilə ÜST-nin Azərbaycana davamlı dəstəyinin tərkib hissəsidir.



Xəbəri paylaş

1148 dəfə oxunub.

Digər xəbərlər