Saytımızı qiymətləndirin


 
 

Qatara daş atan uşaqlar saxlanıldı
Tarix: 15-07-2022 | Saat: 13:01
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

Bakı-Sumqayıt xətti ilə hərəkət edən sürət qatarı Sabunçu rayonu Bakıxanov qəsəbəsi ərazisində hərəkətdə olan zaman nəqliyyat vasitəsinə kənardan daş atılıb.

 

Daxili İşlər Nazirliyindən (DİN) Qarabaqinfo.az-a verilən məlumata görə, nəticədə vaqonlardan birinin şüşəsi qırılıb və sərnişinlərin həyatı üçün real təhlükə yaranıb. Eyni zamanda bu hal qatarın hərəkətində gecikməyə səbəb olub. Məlumat daxil olan kimi Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin Sabunçu Xətt Polis Şöbəsinin əməkdaşları tərəfindən hadisəni törədən şəxslərin axtarışlarına başlanılıb. Həyata keçirilən tədbir nəticəsində qeyd edilən hadisəni törədən şəxslər müəyyən edilərək saxlanılıblar.

 

Qatara daş ataraq maddi ziyan vuran, həmçinin  sərnişinlər arasında ciddi narahatlığına səbəb olanlar yetkinlik yaşına çatmayan şəxslər olduğundan onlar valideynləri ilə birlikdə Sabunçu Xətt Polis Şöbəsinə gətiriliblər. Burada həmin şəxslərdən valideynlərinin iştirakı və razılığı ilə izahat alınıb. Polis əməkdaşları tərəfindən qeyd edilən hadisəni törədən şəxslərin valideynləri ilə profilaktik söhbətlər aparılıb və onların diqqətinə övladları üzərində nəzarəti daha gücləndirməyin vacib olduğu çatdırılıb.


Faktla bağlı Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin Sabunçu Xətt Polis Şöbəsində araşdırmalar tədbirləri davam etdirilir.    



Xəbəri paylaş

1171 dəfə oxunub.

Digər xəbərlər

Bu gün, 14:45Tofiq Hüseynov - 70