Tarix: 31-08-2021 | Saat: 17:24
Bölmə:Karusel / Multimedia | çapa göndər
Xarici İşlər Nazirliyinin (XİN) İşlər idarəsinin sabiq müdiri Fərhad Mollazadə, Konsulluq idarəsinin vəzifəli şəxsi Səlim Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi təxirə salınıb.
Qarabaginfo.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə bu günə təyin olunan məhkəmə iclası Fərhad Mollazadənin vəkili Kamandar Nəsibovun koronavirusa yoluxması səbəbindən təxirə düşüb.
Proses sentyabrın 22-də davam etdiriləcək.
Kamandar Nəsibov koronavirusa yoluxduğunu təsdiq edib. Vəkil bildirib ki, COVID-19 virusu ilə bağlı verdiyi testin nəticəsi pozitiv çıxıb.
Qeyd edək ki, təqsirləndirilən şəxslər Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıblar.
Onlar barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311-ci (rüşvət alma) maddələri ilə cinayət işi başlanıb.
Həmin şəxslər barəsində Səbail Rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib. Daha sonra isə məhkəmənin qərarı ilə onların barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəzlənib. (Apa)
Digər xəbərlər