Saytımızı qiymətləndirin


 
 

Vilayəti: “Qafqazda NATO-nun genişlənməsinə imkan verməyəcəyik“
Tarix: 08-07-2022 | Saat: 12:15
Bölmə:Karusel / Region | çapa göndər

Vilayəti: “Qafqazda NATO-nun genişlənməsinə imkan verməyəcəyik“

"İran öz sərhədlərində NATO-nun fəallaşmasına imkan verməyəcək".

Qarabaginfo.az ISNA-ya istinadla xəbər verir ki, bunu İslam Respublikası Ali dini liderinin xarici siyasət üzrə müşaviri Əli Əkbər Vİlayəti bildirib.

O deyib: "Cənubi Qafqaz sərhədimizə bitişik bölgədir və İran öz sərhədləri ilə bağlı həssasdır. Biz hər hansı xarici qüvvənin Cənubi Qafqaz regionuna müdaxiləsinin əleyhinəyik. Bu, təkcə faydasız iş deyil, həm də müharibə alovudur. İran "3+3" formatında əməkdaşlığı dəstəkləyir.

İranın ətrafındakı bəzi ölkələr NATO-nun təhlükəsizlik gətirdiyini düşünür, amma bu belə deyil. NATO özünü gücləndirməyə və inkişaf etdirməyə çalışır. O, təhlükə hesab olunur. Görün, avropalıların səhv siyasəti və Amerikaya məcburi itaət ucbatından Ukraynanın aqibəti hara çatıb. İran İslam Respublikası NATO-nun öz sərhədləri boyunca fəaliyyət göstərməsinə icazə vermir".

Əli Əkbər Vilayəti əlavə edib:

"Bu regionda, bir tərəfdən, 3 Cənubi Qafqaz ölkəsi (Gürcüstan, Azərbaycan və Ermənistan), digər tərəfdən, İran, Rusiya və Türkiyənin ümumi maraqları var. Fikrimcə, regionda davamlı sülhün yaradılmasının yeganə yolu gərginliyin qarşısını almaq və "3+3" düsturunu həyata keçirməkdir.

Ona görə də nə NATO, nə Avropa İttifaqı və digərləri regionda sülhün yaradılmasında heç bir köməklik göstərə bilməz, əksinə, NATO hara daxil oldusa, yalnız xalqlar arasında gərginlik yaradıb, düşmənçiliyi artırıb".(Yenisabah)

 



Xəbəri paylaş

1200 dəfə oxunub.

Digər xəbərlər