Saytımızı qiymətləndirin


 
 

COVID-19-a yoluxan təyyarə ekipajı ilə təmasda olan işçilər test verməyəcək
Tarix: 22-01-2022 | Saat: 15:32
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

 

Naxçıvandan Bakıya uçan təyyarə quşla toqquşdu » Sfera.az Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Nazirlər Kabineti “Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti Qaydalar”ına dəyişiklik edib.

Qarabaginfo.az xəbər verir ki, dəyişikliyə əsasən, təyyarə ekipajında işçidə laborator üsul ilə COVID-19 təsdiqləndiyi halda, onunla sıx təmasda olan əməkdaşlar evdə izolyasiya olunmalıdırlar.

İndiyə qədər işçidə laborator üsul ilə COVID-19 təsdiqləndiyi halda, onunla sıx təmasda olan əməkdaşlardan test götürülməli və cavabları aşkarlanana qədər onlar evdə izolyasiya olunmalı idi.

Nazirlər Kabinetindən qərara verilən izahda bildirilib ki, xəstəlik əlaməti olan işçinin laborator üsul ilə COVID-19 təsdiqləndiyi halda, onunla sıx təmasda olan əməkdaşlardan test götürülməsi zərurəti aradan qaldırılır.



Xəbəri paylaş

1235 dəfə oxunub.

Digər xəbərlər