Tarix: 05-07-2022 | Saat: 10:50
Bölmə:Karusel / Sosial | çapa göndər
Azərbaycan Ukraynaya ümumilikdə 1,5 min tondan çox humanitar yük təqdim edib.
Qarabaqinfo.az-ın məlumatına görə, bunu Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski Heydər Əliyev Beynəlxalq Hava limanında Sumqayıtın Ukraynanın Çerkassı vilayətinə təhvil verdiyi 50 ton həcmində humanitar yardımın yola salınması zamanı bildirib.
"Mən Ukraynaya bu cür humanitar yardımın təqdim olunmasına görə dost Azərbaycana və Azərbaycan xalqına səmimi təşəkkürümü bildirmək istəyirəm. Ümumilikdə Azərbaycan Ukraynaya 20 milyon dollardan çox dəyərdə 1,5 min ton vacib humanitar yük göndərib. Bu, təkcə formal jest deyil, Azərbaycan dinc Ukrayna sakinlərinə vacib kömək göstərir. Bunlar qida məhsullar və tibbi avadanlıqlardır. Sevindiricidir ki, Ukrayna humanitar yardım prosesi yeni səviyyəyə çıxıb və bununla bağlı mən qardaşlaşmış Çerkassı şəhərinə köməyə görə Sumqayıt şəhər icra hakimiyyətinə təşəkkürümü bildirirəm. Bu təşəbbüs Azərbaycanın digər şəhər və rayonları üçün nümunə olub və onlar Ukraynaya aktiv kömək göstərməyə başlayıb. Bu, Ukrayna və Azərbaycan xalqları arasında əsil dostluq jestidir", - səfir bildirib.
Digər xəbərlər