Ukrayna ordusu bu səhər Dneprə atılan 7 Rusiya raketindən 6-nı zərərsizləşdirdi...
Tarix: 05-07-2022 | Saat: 09:25
Bölmə:Karusel / Region | çapa göndər
1325 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 05-07-2022 | Saat: 09:25
Bölmə:Karusel / Region | çapa göndər

İyulun 5-də səhər saatlarında Rusiya işğalçıları Dnepropetrovsk vilayətini atəşə tutublar.
Qarabaginfo.az xəbər verir ki, bu barədə telegram-kanalda vilayət hərbi administrasiyasının rəhbəri Valentin Rezniçenko məlumat paylaşıb.
"Səhər saatlarında vilayətə raket hücumu oldu. "Qonşu"muz bizə "dostcasına" 7 raket göndərdi! Hərbçilərimiz onlardan 6-nı Dnepr və Sinelnikovski rayonu üzərində vurdular", - məlumatda belə deyilir.
Dnepr şəhərində düşmüş raketin parçaları yanğına səbəb olub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. Zərər çəkən yoxdur.
"Pokrov şəhərində raket zərbəsi özəl sektora dəyib. Bir neçə ev dağılıb, daha bir neçəsinin şüşələri sınıb. Partlayış yanğına səbəb olub. Fövqəladə Hallar Nazirliyinin və polisin nümayəndələri hadisə yerində işləyir. İlkin məlumata görə, itki yoxdur”, - deyə Rezniçenko bildirib.(Moderator.az)
Xəbəri paylaş
Digər xəbərlər
22-06-2021, 08:37
“Bu söyüşməyə son qoymağı təklif edirəm” - Paşinyan
1-02-2022, 20:02
Türkiyənin müdafiə naziri Ermənistana çağırış edib
26-12-2017, 17:30
Habil Vəliyev DTX-nın istintaq təcridxanasından Bakı İstintaq Təcridxanasına köçürülüb
13-06-2022, 13:00
Şagirdlərin qəzaya düşməsi ilə bağlı cinayət işi açıldı
28-02-2025, 23:50
Avropa liderləri Volodimir Zelenskiyə dəstəklərini ifadə ediblər
30-04-2024, 21:33
“O, siyasi terrorçudur” - Səməd Seyidov
22-10-2021, 22:16
Telman İsmayılova Monteneqroda siyasi sığınacaq verildi














