Saytımızı qiymətləndirin


 
 

Rusiyada saxlanılan daha 4 azərbaycanlıya - Bu qədər həbs cəzası verildi
Tarix: 22-07-2025 | Saat: 13:03
Bölmə:Karusel / Kriminal | çapa göndər

rusiyada-saxlanilan-daha-4-azerbaycanliya

Moskvada 1000-dən çox miqranta saxta sənədlər düzəltməkdə ittiham olunan 4 azərbaycanlı saxlanılıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Bildirilib ki, Rusiya və Azərbaycan vətəndaşlığı olan 4 nəfər barəsində Çertanovski Rayon Məhkəməsinin hökmü qüvvəyə minib. İlham Məmmədov, Ədalət Rəcəbov, Qüdrət Mustafayev və Hüseyn Rəcəbli qanunsuz miqrasiyanın təşkilinə görə 2 ildən 5 ilə qədər azadlıqdan məhrum ediliblər.

Təqsirləndirilən şəxslər əcnəbilər üçün saxta miqrasiya sənədləri hazırlamaqda ittiham olunurlar. İstintaqın məlumatına görə, qrup üzvləri ümumilikdə 1000-dən çox əcnəbidən azı 2 milyon rubl (43 472 manat) əldə edib.

Araşdırma zamanı saxta sənədlərin hazırlanması ilə məşğul olan iki qanunsuz laboratoriya da ləğv edilib.



Xəbəri paylaş

23 dəfə oxunub.

Digər xəbərlər