Saytımızı qiymətləndirin


 
 

Bakıda tıxaca görə 21 avtobus gecikir
Tarix: 02-07-2022 | Saat: 18:32
Bölmə:Karusel / Gündəm | çapa göndər

Hazırda paytaxtın bəzi küçə və prospektlərində nəqliyyat vasitələrinin hərəkətində müşahidə edilən sıxlıq səbəbindən bir sıra müntəzəm marşrut xətləri üzrə hərəkət intervalında gecikmələr var.

Vahid Dispetçer Mərkəzinin verilən məlumata əsasən, gecikmə ümumilikdə 19 müntəzəm marşrut xətti üzrə 21 avtobusda müşahidə olunur.

Qara-Qarayev prospekti "Xalqlar dostluğu" metrostansiyasından "Neftçilər" metrostansiyasına qədər 64, 15, 7A, 44, 60, 22, 11, 49, 40, 51, 81, 30 və 62 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 15-18 dəqiqə gecikmə müşahidə olunur.

Azadlıq prospekti-Zərifə Əliyeva küçəsindən Neftçilər prospekti ilə kəsişməyə qədər Azneft dairəsi istiqamətində 10, 5, 88, 125, 127 və 18 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 13-19 dəqiqə gecikmə var. (modern.az)



Xəbəri paylaş

1191 dəfə oxunub.

Digər xəbərlər
8-12-2022, 12:23 Sabahın hava proqnozu