Saytımızı qiymətləndirin


 
 

G7 ölkələri Rusiyaya qarşı sanksiyalar tətbiq edəcək
Tarix: 27-06-2022 | Saat: 14:06
Bölmə:Karusel / Dünya | çapa göndər

Yeddilər qrupu (G7) ölkələri Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq edəcək.

 

Qarabaginfo.az xəbər verir ki, bu barədə DPA agentliyi Ağ evin nümayəndəsinə istinadla məlumat yayıb.

 

Bildirilib ki, sanksiyalar Rusiyanın hərbi sənayesinə qarşı yönələcək. Məhdudiyyət tədbirləri əsasən hərbi istehsalı və tədarük zəncirini əhatə edəcək.

 

Xatırladaq ki, G7 qrupu Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, ABŞ, Fransa və Yaponiyanın daxil olduğu iqtisadi cəhətdən inkişaf etmiş ölkələrin birliyidir. Qrupun əsas məqsədi qlobal siyasi və sosial problemlərin həlli yollarını tapmaqdır.

 

1976-cı ildə G7 formatında qurulan təşkilat 1997-ci ildə Rusiyanın ona qoşulması ilə G8 kimi tanınıb. 2014-cü ildə Ukraynadakı vəziyyət səbəbindən Rusiya-Qərb münasibətlərində yaranan böhranla əlaqədar yenidən G7 formatına qayıtmaq qərara alınıb.



Xəbəri paylaş

222 dəfə oxunub.

Digər xəbərlər