Tarix: 25-06-2022 | Saat: 19:17
Bölmə:Karusel / Gündəm | çapa göndər
Avropa Azərbaycan Məktəbində növbəti dəfə tamaşa hazırlanıb.
Qarabaginfo.az xəbər verir ki, bu dəfə məktəbin beynəlxalq bakalavriat üzrə təhsil alan məzunlarının və onuncu sinif şagirdlərinin ifasında Vilyam Şekspirin “Hamlet” faciəsi təqdim olunub.
Tamaşa bir saatlıq kompozisiya formasında ingilis dilində təqdim olunub.
Tamaşanın rejissoru və səhnəqrafiyanın müəllifi Sara Kərimlidir.
Baş qəhrəmanları Fəxri Malikov (Hamlet), Fərid Qəhrəmanlı (Klaudius), Leyla Əhmədova (Ofelya), Nigar Məmmədova (Gertruda), Turan Həsənli (Horasiyo), Rüstəm Hacıyev (Lartes), Rəşad Məmmədov (Kram Hamletın kabusu və Poloniyus) ifa ediblər. Digər rollarda isə Nəriman Məmmədov, Kənan Hüseynli, Allahveran Allahverdiyev, Şəms Qasımova, Məhəmməd İsmayılov, Tural Abdulla, Gülsüm Cəfərova, Rəşid Əhmədov, İlyas Məsimov olublar.
Tamaşa dəvətli qonaqlara və valideynlər üçün qapalı formada keçirilib.
Digər xəbərlər