Saytımızı qiymətləndirin


 
 

Lyayen: “Ukrayna, Moldova və Gürcüstan növbəti mərhələdən əvvəl ev tapşırığını yerinə yetirməlidir”
Tarix: 24-06-2022 | Saat: 08:10
Bölmə:Karusel / Dünya | çapa göndər

Ursula fon der Lyayen

 

Ukrayna, Moldova və Gürcüstan Avropa İttifaqına (Aİ) qoşulma prosesinin növbəti mərhələsinə keçməzdən qabaq ev tapşırığını yerinə yetirməlidir.

Qarabaginfo.az xəbər verir ki, bunu Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen Aİ Şurasının iclasından sonra Fransa Prezidenti Emmanuel Makron və Aİ Şurasının Prezidenti Şarl Mişellə mətbuata birgə açıqlamasında deyib. 

“Əlbəttə (Aİ-yə) qoşulma prosesinin növbəti mərhələsinə keçməzdən qabaq bütün ölkələr ev tapşırıqlarını yerinə yetirməldir. Mən əminəm ki, onların hamısı zəruri islahatların həyata keçirilməsi üçün mümkün qədər sürətlə və əzmlə hərəkət edəcəklər. Sadəcə ona görə yox ki, bu islahatlar onların Aİ qəbuledilmə yolunda irəliləməsi üçün tələb olunur. Hər şeydən əvvəl ona görə ki, bu islahatlar ölkələr üçün yaxşıdır, demoktratiya üçün yaxşıdır. Çünki bu, hər üç ölkənin rəqabət qabiliyyətini gücləndirir və yekun olaraq onlar vətəndaşlar üçün yaxşıdır” – deyə Lyayen qeyd edib. 

Lyayenin fikrincə, Aİ-nin qərarı dünyaya göstərdi ki, ittifaq xarici təhdidlər qarşısında birləşib.(Apa)



Xəbəri paylaş

1188 dəfə oxunub.

Digər xəbərlər