Saytımızı qiymətləndirin


 
 

Prezident ona general rütbəsi verdi - SƏRƏNCAM
Tarix: 09-04-2021 | Saat: 14:08
Bölmə:Karusel / Gündəm | çapa göndər

Prezident İlham Əliyev tibb xidməti polkovniki Elxan İbrahimovla bağlı sərəncam imzalayıb.
 

Qarabaginfo.az xəbər verir ki, sərəncama əsasən, Elxan Paşa oğlu İbrahimova “tibb xidməti general-mayoru” ali hərbi rütbəsi verilib.

Elxan İbrahimov 2000-ci ildə leytenant rütbəsi ilə hərbi xidmətə başlayıb. Ona mayor (2008-ci il) və polkovnik-leytenant (2013-cü il) baş zabit rütbələri Daxili Qoşunlarda xidmət etdiyi müddətdə daxili işlər nazirinin müvafiq əmrləri ilə verilib.

E. İbrahimov 6 dekabr 2013-cü ilədək Daxili Qoşunlar Baş İdarəsinin Tibb xidmətinin hərbi həkim komissiyasının sədri vəzifəsində xidmət edib. Həmin tarixdən Müdafiə Nazirliyi Tibb Baş İdarəsində xidmətə başlayıb.

Elxan İbrahimov 2015-ci ildə “Əməkdar həkim” fəxri adına layiq görülüb.

E.İbrahimov hazırda Müdafiə Nazirliyi Tibb Baş İdarəsi rəisinin müavini vəzifəsində xidmət edir.



Xəbəri paylaş

1331 dəfə oxunub.

Digər xəbərlər