Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" birliyinin direktoru, gömrük general-mayoru Ehtiram Xəlilov işdən çıxarılıb.
"Unikal"ın əldə etdiyi məlumata görə, bununla bağlı DGK-nin sədri Səfər Mehdiyev əmr imzalayıb.
Qeyd edək ki, bir neçə gün öncə Dövlət Təhlükəsizliyi Xidməti Dövlət Gömrük Komitəsində əməliyyat keçirib. Əməliyyat nəticəsində Ehtiram Xəlilov həbs edilib.