Saytımızı qiymətləndirin


 
 

“Yapı Kredi Bank Azərbaycan” 3%-ə yaxın kiçilib
Tarix: 22-07-2022 | Saat: 19:03
Bölmə:Karusel / Gündəm | çapa göndər

“Yapı Kredi Bank Azərbaycan” 3%-ə yaxın kiçilib

“Yapı Kredi Bank Azərbaycan” QSC 2022-ci ilin birinci yarımilini 1,361 milyon manat xalis mənfəətlə başa vurub.

Qarabaginfo.az Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, yanvar-iyun aylarında “Yapı Kredi Bank Azərbaycan”ın gəlirləri 20,503 milyon manat, xərcləri 16,015 milyon manat təşkil edib.

 

Bu isə 2021-ci ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 12% və 8,8% çoxdur.

Bank bu ilin ilk yarım ilini mənfəətlə başa vurmasına baxmayaraq nisbətən kiçilib. Belə ki, bu il iyulun 1-nə “Yapı Kredi Bank Azərbaycan”ın aktivləri 2,8% azalaraq 383,762 milyon manata enib. Bunun 220 milyon 904 min manatı müştərilərə verilmiş kreditlərdir. Son 6 ayda Bankın kredit portfeli 26.3% böyüyüb.

Hesabat dövründə “Yapı Kredi Bank Azərbaycan”ın öhdəlikləri 4,2% azalaraq 299,876 milyon manata, o cümlədən depozit portfeli 5,3% azalaraq 270,550 milyon manata enib. Balans kapitalı isə 83,886 milyon manat olub.



Xəbəri paylaş

1206 dəfə oxunub.

Digər xəbərlər