Saytımızı qiymətləndirin


 
 

DTX-dan Gömrük Komitəsində aparılmış əməliyyata rəsmi REAKSİYA
Tarix: 22-06-2022 | Saat: 11:29
Bölmə:Karusel / Gündəm | çapa göndər

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşlarının srağagün Dövlət Gömrük Komitəsinin strukturlarında korrupsiyaya qarşı əməliyyat keçirdiyi barədə məlumat yayılıb.

Sosial şəbəkələr və medianın böyük diqqət ayırdığı qeyri-rəsmi xəbərlərə görə, həbs olunanlar arasında generallar da var. Hətta konkret adlar da çəkilir. 

Mövzu ciddi müzakirələrə səbəb olsa da, rəsmi qurum əməliyyatla bağlı açıqlama verməyə tələsmir, amma informasiyanı təkzib də etməyib. 


Modern.az saytı yayılan qeyri-rəsmi xəbərləri dəqiqləşdirmək üçün DTX-nın mətbuat xidmətinə sorğu ünvanlayıb.

DTX-dan sorğumuza cavab olaraq bildirilib ki, məsələ ilə bağlı açıqlama olarsa, mətbuatda yayımlanacaq.

Eyni zamanda o da qeyd edilib ki, əməliyyatla bağlı rəsmi açıqlama veriləcəyini də dəqiq söyləmək olmaz.


Qeyd edək ki, qeyri-rəsmi informasiyalarda əməliyyat zamanı Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” birliyinin direktoru vəzifəsində çalışan gömrük general-mayoru Ehtiram Xəlilovun saxlanıldığı bildirilib. 



Xəbəri paylaş

1198 dəfə oxunub.

Digər xəbərlər