Saytımızı qiymətləndirin


 
 

Prezidentin Sərəncamı 1,1 milyon pensiyaçını əhatə edəcək- Nazirlik
Tarix: 05-02-2024 | Saat: 13:20
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

Yanvar ayı üzrə pensiyalara edilmiş artımlar fevral ayının pensiyası ilə birgə ödənəcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən xəbərə görə, məsələn, şəxsin pensiyası 500 manatdırsa, bu məbləğ cari il yanvarın 1-dən 11,2 faiz, yəni 56 manat artırılmaqla 556 manata çatdırılacaq, yanvar ayının 56 manat artımı da fevral ayının pensiyasına əlavə olunaraq veriləcək.

Ümumilikdə 1,1 milyon pensiyaçını əhatə edən artımlar üçün illik əlavə olaraq təqribən 630 milyon manat xərclənəcək.



Xəbəri paylaş

1136 dəfə oxunub.

Digər xəbərlər