İraqda 13 nəfərdə vəba xəstəliyi aşkarlanıb
Tarix: 19-06-2022 | Saat: 21:11
Bölmə:Karusel / Gündəm | çapa göndər
1318 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 19-06-2022 | Saat: 21:11
Bölmə:Karusel / Gündəm | çapa göndər

İraqın Süleymaniyyə şəhərində 11 vəba xəstəsi aşkar edilib. Bundan başqa hərəsində 1 nəfər olmaqla Kərkük və Muthanna şəhərlərində də xəstələr müəyyən olunub.
Qarabaginfo.az xəbər verir ki, bu barədə İraqın Səhiyyə Nazirliyi məlumat verib. Qeyd olunur ki, Süleymaniyyədə daha 56 nəfərdən analiz götürülərək Bağdaddakı laboratoriyaya aparıllıb.
Son 10 gündə Süleymaniyyədə 4 mindən çox adam diareya və qusma şikayətləri ilə xəstəxanalara müraciət edib. Nazirlik bildirir ki, vəba qorxulu xəstəlik olsa da, müalicəsi mümkündür. Hələlik vəbadan ölüm qeydə alınmayıb.
İraqda sonuncu dəfə vəba xəstəliyi 2015-ci ildə müşahidə edilib. O zaman yüzədək bağdadlı bu xəstəliyə yoluxmuşdu.
Xəbəri paylaş
Digər xəbərlər
25-11-2020, 12:34
Prezident İlham Əliyev: “Ermənistan terror dövlətidir, bu terrorun bir çox əlamətləri var”
6-05-2022, 15:36
Dövlət rüsumunun düzgün hesablanması qaydası hazırlanacaq
22-10-2024, 11:14
FHN: Bakı və Abşeronda su basmış ərazilərdə tədbirlər görülür, 31 nəfər təxliyə edilib- VİDEO - FOTO
17-12-2025, 20:42
Müdafiə sənayesi naziri Azərbaycanla ABŞ arasında son dövrdə müşahidə olunan müsbət dinamikadan danışıb
7-11-2025, 15:17
Baş prokuror: Azad edilmiş ərazilərdə 29 kütləvi məzarlıqdan 800-ə yaxın meyit qalığı çıxarılıb















