"Ukrayna artilleriyaçıları effektiv, ruslar isə xaotik döyüşür..."- Amerika generalı
Tarix: 16-06-2022 | Saat: 11:12
Bölmə:Karusel / Region | çapa göndər
1306 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 16-06-2022 | Saat: 11:12
Bölmə:Karusel / Region | çapa göndər
“Ukrayna artilleriya bölmələrinin bacarıqları rusiyanınkından çox-çox yaxşıdır”.
Qarabaginfo.az Ukrayna mediasına istinadla xəbər verir ki, bunu mətbuat brifinqində, ABŞ-ın Birləşmiş Qərargah Rəisləri komitəsinin sədri Mark Milli söyləyib.
“Mən belə deyəcəyəm: Ukrayna artilleriyası, Ukrayna artilleriya bölmələrinin bacarıqları çox-çox yaxşıdır”.
Milli qeyd edib ki, Ukrayna Silahlı Qüvvələri ABŞ-ın müttəfiqləri ilə birlikdə təqdim etdiyi "M777" haubitsalarından istifadə edərək döyüş meydanında böyük effektə nail olub.
"Və biz ukraynalıların "HIMARS" sisteminə də yiyələnmələrini gözləyirik", - deyə general əlavə edib.
Onun sözlərinə görə, Rusiya ordusu artilleriya sistemlərinin sayında əhəmiyyətli üstünlüyə malik olsa da, sadəcə olaraq dinc şəhərlərə kütləvi zərbələr endirir.
“Ruslar xaotik atəşə əl atırlar ki, bu da heç də həmişə hərbi baxımdan effekt vermir”, - Milli belə deyib.
Amerikalı general Ukrayna Silahlı Qüvvələrinin artilleriyadan daha peşəkar şəkildə istifadə etdiyinə əminliyini ifadə edib: “Ukraynalılar çox effektiv şəkildə döyüşürlər – həm taktikadan istifadə, həm atəş, həm də manevrlər baxımından...”(Moderator.az)
Xəbəri paylaş
Digər xəbərlər
28-06-2026, 21:11
Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün ixtisas imtahanı keçirilib
12-05-2021, 11:15
Şuşada bayram namazı qılınacaq
6-11-2025, 17:26
Çex hökuməti istefa verib
20-09-2022, 10:14
Havada toz duman var
19-10-2024, 08:43
ABŞ və Britaniya Hudeydaya zərbələr endirib
7-07-2026, 15:03
Trampın təyyarəsi Ankaraya enib
22-08-2022, 12:05
Sabahın hava proqnozu açıqlandı
1-10-2020, 15:35
Türkiyə parlamentinin sədri: “Haqlı mübarizəsində, vətən müdafiəsində Azərbaycanın yanında olacağıq”
18-01-2024, 11:07
Təcili yardımın işdən çıxarılan baş həkimi TƏBİB-i məhkəməyə verdi
7-12-2020, 11:55
Qarabağda yaşayan ermənilərin sayı açıqlanıb

















