KİV: Praqada Ukraynadan olan qaçqınlara yardım mərkəzi bağlanacaq
Tarix: 15-06-2022 | Saat: 08:25
Bölmə:Karusel / Dünya | çapa göndər
1315 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 15-06-2022 | Saat: 08:25
Bölmə:Karusel / Dünya | çapa göndər
Praqa meriyası şəhərdə Ukraynadan olan qaçqınlara yardım üzrə regional mərkəzi bağlamaq qərarına gəlib.
Qarabaginfo.az xəbər verir ki, bu barədə çərşənbə axşamı CTK xəbər agentliyi şəhər meri Zdenek Hribə istinadən məlumat yayıb.
Qərarın səbəbi Çexiya paytaxtının ukraynalı qaçqınlarla dolu olması və onlara səmərəli yardım göstərmək imkanının olmaması olub.
Fevralın 24-dən Praqaya Ukraynadan 86 706, paytaxta bitişik Mərkəzi Çexiya regionundan isə 53 600 qaçqın gəlib.
Ölkə üzrə müvəqqəti sığınacaq almış 370 mindən çox ukraynalının üçdə birindən çoxu bu regionda yerləşir.
Şəhər meriyası hökumət qarşısında qaçqınların Çexiyanın regionları arasında bərabər paylanması üçün təxirəsalınmaz tədbirlərin görülməsi tələbini qoyub.
Xəbəri paylaş
Digər xəbərlər
3-05-2022, 20:36
Ceyhun Bayramov Fransa XİN rəsmisi ilə Ermənistanla normallaşma prosesini müzakirə edib
17-05-2025, 13:12
Kreml: Zelenski ilə Putin görüşü mümkündür
19-08-2022, 15:55
AYB-nin qurultayının keçirələcəyi vaxt məlum olub
24-02-2022, 20:55
Ukrayna Milli Qvardiyası: Kiyevdə vəziyyət sakit və nəzarətdədir
6-06-2022, 19:13
Pakistanda Azərbaycan Dili və Mədəniyyət Mərkəzi açılıb
21-04-2020, 10:13
"Brent" markalı neft ucuzlaşıb
23-10-2021, 20:05
Ermənistanın törətdiyi cinayətlər Frankfurt Beynəlxalq Kitab Sərgisində nümayiş etdirilir

















