Saytımızı qiymətləndirin


 
 

450-dən çox şəhid ailəsi və qazi müalicəyə göndərilib
Tarix: 13-06-2022 | Saat: 11:41
Bölmə:Karusel / Sosial | çapa göndər

"Postmüharibə dövründə 450-dən çox şəhid ailəsi və müharibə əlili sanatoriya-kurort və müalicə mərkəzlərinə göndərilib". 

 

 Qarabaqinfo.az xəbər verir ki, bununla bağlı  Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov postmüharibə dövründə şəhid ailələri və müharibə əlillərinin mənzil və avtomobillə, sosial xidmətlərlə təminatı işlərinə dair keçirdiyi mətbuat konfransında məlumat verib.

 

O qeyd edib ki, əlavə olaraq 41 nəfər müharibə əlili peşə reabilitasiyasına cəlb olunub, 60 qazi üçün motivasiya düşərgələri təşkil olunub:

 

"Həmçinin, həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinin görmə qabiliyyəti məhdudluğu olan şəxslər üçün sosial reabilitasiya və bərpa şöbəsində qazilər tibbi, pedaqoji, idman, mədəniyyət və incəsənət, psixoloji, eləcə də digər sosial reabilitasiya xidmətlərinə  cəlb ediliblər".



Xəbəri paylaş

1183 dəfə oxunub.

Digər xəbərlər