Saytımızı qiymətləndirin


 
 

Deputatların maaşı ARTIRILIR
Tarix: 15-11-2023 | Saat: 17:33
Bölmə:Karusel / Dünya | çapa göndər

 

Deputatların maaşı ARTIRILIR

Gürcüstan parlamenti birinci oxunuşda deputatların maaşlarının artırılmasını dəstəkləyib.

 

Qarabaqinfo.az "Sputnik Georgia"ya istinadən xəbər verir ki, bundan əlavə, keçmiş parlament üzvlərinin pensiyasının yuxarı həddi də artacaq.

 

Müvafiq rəqəm 560 laridən (210 dollar) 1000 lariyə (370 dollar) qaldırılacaq.

Növbəti oxunuşlarda layihə qəbul olunarsa, maaşlar aşağıdakı kimi olacaq (1 lari - 63 qəpik):

 

Parlamentin sədri - 10 000 lari (hazırda 6 740);
Parlament sədrinin birinci müavini – 9500 lari (indi 6400)
Parlament sədrinin müavini - 9250 lari (hazırda 6340);
Komitə sədri, fraksiya sədri - 9000 lari (indi 5540);
Komitə sədrinin birinci müavini, fraksiya sədrinin birinci müavini - 8750 lari (hazırda 4800);
Komitə sədrinin müavini, fraksiya sədrinin müavini - 8500 lari (indi 4740);
Sıravi deputat – 8250 lari (hazırda 4624).

 

Qeyd edək ki, Gürcüstanda parlament üzvlərinin faktiki maaşı 2013-cü ildən dəyişməyib.



Xəbəri paylaş

193 dəfə oxunub.

Digər xəbərlər