Saytımızı qiymətləndirin


 
 

“Azad qadın” heykəli sökülür? - Rəsmi açıqlama
Tarix: 13-06-2022 | Saat: 10:27
Bölmə:Karusel / Gündəm | çapa göndər

Bir neçə gün öncə ətrafı hasarlanan “Azad qadın” heykəli dövlət tərəfindən mühafizə olunan daşınmaz tarix-mədəniyyət abidələrinin reyestrinə daxildir. Hasarlanma Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən həyata keçirilməyib.

 

Qarabaginfo.az xəbər verir ki, bu barədə Modern.az-a Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Beynəlxalq və İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova bildirib.

 

Onun sözlərinə görə, abidələrin üzərində bərpa, konservasiya, təmir, rekonstruksiya, regenerasiya və digər işlər onların layihələri Dövlət Xidmətinin müəyyən etdiyi elmi təşkilatın rəyi nəzərə alınmaqla, Dövlət Xidməti tərəfindən təsdiq edildikdən sonra aparılır.

 

“Azad qadın” heykəlinin ətrafının hasara alınması məsələsi ilə bağlı Dövlət Xidməti tərəfindən dəqiqləşdirmələr aparılır. Həmin tarixi abidə ilə bağlı aparılan hər hansı abadlıq və yenidənqurma işləri tarixi abidənin mühafizəsi və qorunması çərçivəsində nəzərdə tutulur.



Xəbəri paylaş

1214 dəfə oxunub.

Digər xəbərlər