Saytımızı qiymətləndirin


 
 

Türkiyə və Belarus XİN başçıları arasında telefon danışığı olub
Tarix: 14-03-2022 | Saat: 18:19
Bölmə:Karusel / Siyasət | çapa göndər

Coronavirus death toll hits 187 in Israel

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və belaruslu həmkarı Vladimir Makey arasında telefon danışığı olub.

Qarabaginfo.az BelTA-ya istinadən xəbər verir ki, Vladimir Makey Türkiyənin XİN başçısını martın 11-dən 13-dək keçirilən Antalya Diplomatik Forumunun uğurla başa çatması münasibətilə təbrik edib.

Məlumata görə, tərəflər geniş kontekstdə regiondakı vəziyyət və konkret olaraq Ukrayna ətrafındakı durumu müzakirə edib, münaqişənin qaynar fazasına tez bir zamanda son qoyulması barədə yekdil fikir bildirib.

Nazirlər münaqişə zonasından öz vətəndaşlarının təxliyəsi və humanitar dəhlizlərin fəaliyyəti məsələlərinə toxunublar. XİN başçıları Belarus və Türkiyə arasında ticari-iqtisadi əməkdaşlığın aktual məsələlərini vurğulayaraq ikitərəfli münasibətlər mövzusunu da müzakirə ediblər.



Xəbəri paylaş

1289 dəfə oxunub.

Digər xəbərlər