Ana Sayfa > Karusel / Siyasət > Türkiyə və Belarus XİN başçıları arasında telefon danışığı olub
Türkiyə və Belarus XİN başçıları arasında telefon danışığı olub14-03-2022, 18:19. Yazar: Admin |
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və belaruslu həmkarı Vladimir Makey arasında telefon danışığı olub. Qarabaginfo.az BelTA-ya istinadən xəbər verir ki, Vladimir Makey Türkiyənin XİN başçısını martın 11-dən 13-dək keçirilən Antalya Diplomatik Forumunun uğurla başa çatması münasibətilə təbrik edib. Məlumata görə, tərəflər geniş kontekstdə regiondakı vəziyyət və konkret olaraq Ukrayna ətrafındakı durumu müzakirə edib, münaqişənin qaynar fazasına tez bir zamanda son qoyulması barədə yekdil fikir bildirib. Nazirlər münaqişə zonasından öz vətəndaşlarının təxliyəsi və humanitar dəhlizlərin fəaliyyəti məsələlərinə toxunublar. XİN başçıları Belarus və Türkiyə arasında ticari-iqtisadi əməkdaşlığın aktual məsələlərini vurğulayaraq ikitərəfli münasibətlər mövzusunu da müzakirə ediblər. Geri dön |