Saytımızı qiymətləndirin


 
 

II Yelizaveta tarixdə ən uzun müddətli ikinci monarx olub
Tarix: 12-06-2022 | Saat: 16:34
Bölmə:Karusel / Gündəm | çapa göndər

II Yelizaveta

Böyük Britaniya kraliçası II Yelizaveta tarixdə ən uzun müddət padşahlıq edən monarxlar siyahısında ikinci yeri tutub.

Qarabaginfo.az xəbər ki, bu barədə Sky News telekanalı məlumat yayıb.

 

Kraliça II Yelizaveta 1946-2016-cı illər arasında 70 il 126 gün taxtda olmuş Tayland kralı Bhumibol Adulyadeji keçib.

Reytinqdə birinci yeri 1643-1715-ci illərdə 72 il 110 gün hakimiyyətdə olmuş Fransa kralı XIV Lüdovik tutur.

2015-ci ildə II Yelizaveta 1837-1901-ci illərdə taxtda olan ulu nənəsi Kraliça Viktoriyanın rekordunu qıraraq Britaniya tarixində ən uzun müddət padşahlıq edən monarx olub.

II Yelizavetanın hakimiyyətinin 70-ci ildönümü 2022-ci il iyunun 2-dən 5-dək qeyd olundu. O, Britaniya taxtına 1952-ci ildə atası Kral VI Georgenin ölümündən sonra 26 yaşında gəlib.



Xəbəri paylaş

1247 dəfə oxunub.

Digər xəbərlər