İyunun 12-nə gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Qarabaginfo.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək.

Azərbaycanın rayonlarında əsasən yağmursuz. Lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 16-21° isti, gündüz 30-35° isti, dağlarda gecə 8-13° isti, gündüz 17-22° isti olacaq.

Havanın temperaturu gecə 18-21° isti, gündüz 25-29° isti, Bakıda gecə 19-21° isti, gündüz 27-29° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütununda 755 mm civə sütununa enəcək. Nisbi rütubət 50-60 % olacaq.