Saytımızı qiymətləndirin


 
 

Harris Netanyahuya HƏMAS-la razılığa gəlməyin vacibliyini bildirib
Tarix: 26-07-2024 | Saat: 08:16
Bölmə:Karusel / Dünya | çapa göndər

 

Harris Netanyahuya HƏMAS-la razılığa gəlməyin vacibliyini bildirib

ABŞ-ın vitse-prezidenti Kamala Harris İsrailin baş naziri Benyamin Netanyahuya Fələstinin HƏMAS hərəkatı ilə Qəzza zolağında atəşkəs razılaşmasının mümkün qədər tez bağlanmasının vacibliyini bildirib.

Qarabaginfo.az TASS-a istinadən xəbər verir ki, Harris bundan əvvəl prezident Co Baydenin təklif etdiyi Qəzzada atəşkəs haqqında saziş layihəsini də dəstəkləyib.

ABŞ-da qarşıdan gələn seçkilərdə Demokratlar Partiyasından namizəd olan Harris bu barədə Ağ Evdə Netanyahu ilə görüşündən sonra bildirib.

“Mən indicə Baş nazir Netanyahu ilə səmimi və konstruktiv söhbət etdim” - deyən Harris, daha sonra sözlərinə belə davam edib: “Baş nazirə Qəzza zolağında çoxlu sayda mülki tələfatla bağlı, həmçinin 2 milyondan çox insanın qida çatışmazlığı ilə üzləşdiyi və yarım milyon insanın kəskin qida çatışmazlığı ilə üzləşdiyi ağır humanitar vəziyyətlə bağlı ciddi narahatlığım olduğunu bildirdim. Mən indicə baş nazirə dedim ki, bu saziş tez bir zamanda bağlanmalıdır".

Netanyahu isə bildirib ki, o, bu planı dəstəkləyir və onun sözlərinə görə, razılığa gəlmək üçün bütün maneələri HƏMAS yaradır.



Xəbəri paylaş

48 dəfə oxunub.

Digər xəbərlər