Tarix: 05-06-2022 | Saat: 16:13
Bölmə:Karusel / Gündəm | çapa göndər
Gürcüstanın Xalq artisti, rejissor Temur Çxeidze 79 yaşında vəfat edib.
Qarabaginfo.az-ın “newsgeorgia.ge” saytına istinadən verdiyi xəbərə görə, Temur Çxeidze Gürcüstan və Rusiyada 70-dən çox teatr tamaşasına, Nodar Dumbadze ilə birgə isə “Kukaraça” və “Əbədiyyət qanunu” filmlərinə, Oleq Basilovla birgə isə “Əminin yuxusu” filminə quruluş verib.
Aktyor kimi isə “Yaşayan əfsanə” və “Torpaq, sənin oğlun” filmlərinə çəkilib.
Temur Çxeidze 1970-1980-ci illərdə Rustaveli Teatrının direktoru, sonra 10 il Kote Marcanişvili adına Teatrın bədii rəhbəri olub. Daha sonra isə Temur Çxeidze Rusiyada yaradıcılığını davam etdirib, Q. A. Tovstonoqov adına Rusiya Dövlət Akademik Böyük Dram Teatrının quruluşçu rejissoru, baş rejissoru olub. Temur Çxeidzenin quruluş verdiyi Prokofyevin “Oyunçu” operası Milanda “La Skala”-da və Nyu-Yorkda “Metropoliten-opera”-da səhnəyə qoyulub.
Rusiyada işləməkdən 2013-cü ildə imtina edən Temur Çxeidze Gürcüstana qayıdıb, "Samepo Ubani" teatrının bazasında Müasir Teatr Sənətinin İnkişafı Mərkəzinə rəhbərlik edib.
Digər xəbərlər