Saytımızı qiymətləndirin


 
 

Aqrar Sahə üzrə Ideathon başa çatdı
Tarix: 04-06-2022 | Saat: 17:23
Bölmə:Karusel / Gündəm | çapa göndər

Aqrar Sahə üzrə Ideathon başa çatdı

Avropa İttifaqının maliyyələşdirdiyi və BMTİP tərəfindən icra olunan “Lənkəran-Astara iqtisadi rayonunda meyvə-tərəvəz sektorunda rəqabət qabiliyyətinin, əməkdaşlığın və müasirləşmənin təşviqi" layihəsi çərçivəsində Lənkəran şəhərində 2-4 iyun tarixlərində 3 günlük ərzində davam edən Aqrar Sahə üzrə Ideathon öz işini yekunlaşdırıb.

Qarabaginfo.az xəbər verir ki, müsabiqənin keçirilməsində əsas məqsəd meyvə-tərəvəzlərin yetişdirilməsi və emalında yenilikləri, innovasiyaları tətbiq etmək, qabaqcıl ideyalara dəstək göstərmək və təşviq etməkdir.

"Ideathon on Agrinnovation" müsabiqəsində Azərbaycanın müxtəlif regionunda bir araya gələn gənclərdən ibarət 18 komanda meyvə-tərəvəzin yetişdirilməsi və emalı ilə bağlı 2 istiqamətdə öz innovativ ideyalarını irəli sürüblər.

Tədbirə BMTIP-in Azərbaycandakı Rezident Nümayəndəsinin səlahiyyətlərini icra edən Çaru xanım Bista, Avropa İttifaqının rəsmiləri və  Aqrar Xidmətlər Agentliyinin sədri Mirzə Əliyev qatılıblar. 

BMTİP-nin Azərbaycandakı Rezident Nümayəndəsinin səlahiyyətlərini icra edən Çaru xanım Bista aqrar sahə üzrə startapların keçirilməsi və gənclərin bu istiqamətdə iştiraklarının vacibliyi vurğulanıb:

“Mən qadınların bu i̇deafonda iştirakını görməkdən çox şadam. Əminəm ki, bu platforma sizə Lənkəran-Astara İqtisadi Rayonunda bağçılıq sektorunun problemlərini həllər yaratmaq üçün komanda işinə töhfə verdiyiniz təhlükəsiz məkan təmin edib”.

Eyni gün 18 komanda öz innovativ ideyalarını münsiflər heyətinə təqdim ediblər və hər istiqamətdə qalib komandalar müəyyən olunub. İnnovest, Zəfər və Victory komandaları qalib olublar.

BMT-nin İnkişaf Proqramı "Ideathon on Agrinnovation"da könüllü olaraq töhfə verən bütün təlimatçı mentor, münsiflər heyəti və bütün tərəfdaşlara ideathon komandalarının aqrar sahə sahəsində bilik və bacarıqlarının artırılması, bu biliklərin fermerlərin innovasiya əsasında müasirləşdirmə həllinə yönəldilməsinin əsaslarını onlara aşıladığı üçün dərin minnətdarlığını bildirir.







 



Xəbəri paylaş

1222 dəfə oxunub.

Digər xəbərlər