Saytımızı qiymətləndirin


 
 

Azərbaycan, Rusiya və Ermənistan Baş nazirlərinin müavinləri sərhəd və digər nəzarət məsələləri üzrə mövqeləri yaxınlaşdırıb
Tarix: 04-06-2022 | Saat: 07:32
Bölmə:Karusel / Region | çapa göndər

Azərbaycan, Rusiya və Ermənistan Baş nazirlərinin müavinləri sərhəd və digər nəzarət məsələləri üzrə mövqeləri yaxınlaşdırıb - VİDEO

Azərbaycan, Rusiya və Ermənistanın baş nazirlərinin müavinlərindən ibarət işçi qrupu cümə günü onuncu iclasını keçirib.

Qarabaginfo.az xəbər verir ki, Şahin Mustafayev, Aleksey Overçuk və Mqer Qriqoryan sərhəd, gömrük və digər nəzarət mexanizmləri barədə müzakirələr apararaq mövqelərini yaxınlaşdırıblar.

Rusiya hökumətinin rəsmi saytında yer alan xəbərə görə, “tərəflər sərhəd, gömrük və digər nəzarət mexanizmləri, həmçinin Azərbaycan və Ermənistan ərazilərindən keçən yollarda hərəkət edəcək vətəndaşların və yüklərin təhlükəsizliyi barədə müzakirələr apararaq mövqelərini yaxınlaşdırıblar”.

Nazir müavinləri Ermənistan ərazisindən keçməklə Azərbaycanın Qərb rayonlarını Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək avtomobil yollarının da mümkün istiqamətləri barədə müzakirə aparıblar. Tərəflər Azərbaycan, Ermənistan və Rusiya liderlərinin regionda nəqliyyat blokadasının aradan qaldırılmasına dair razılaşmasının həyata keçirilməsi üçün işləri davam etdirməyi qərara alıblar” – deyə məlumatda bildirilir.



Xəbəri paylaş

1212 dəfə oxunub.

Digər xəbərlər