Saytımızı qiymətləndirin


 
 

Hazırda tıxac olan yolların SİYAHISI
Tarix: 03-06-2022 | Saat: 13:38
Bölmə:Karusel / Gündəm | çapa göndər

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxt yollarındakı son vəziyyətlə bağlı məlumat yayıb.

 

Mərkəzdən Qarabaqinfo.az-a bildirilib ki, hazırda paytaxt yollarında nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir.

 

Sıxlıq olan yolların siyahısını təqdim edirik:

 

1. 28 May küçəsinin, Aleksandr Puşkin küçəsi ilə kəsişmədən başlayaraq, Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər olan hissəsində sıxlıq

 

2. Abbasqulu ağa Bakıxanov küçəsində, Cəlil Məmmədquluzadə küçəsi ilə kəsişmədən, Mərdanov qardaşları küçəsi ilə kəsişməyə qədər, Türkiyə səfirliyi istiqamətində sıxlıq

 

3. Dilarə Əliyeva küçəsində, Aleksandr Puşkin küçəsi ilə kəsişmədən, Azadlıq prospekti ilə kəsişməyə qədər, Rəşid Behbudov küçəsi istiqamətində sıxlıq

 

4. Alı Mustafayev küçəsində - əsas yolda, Ziya Bünyadov prospekti istiqamətində sıxlıq

 

5. Ziya Bünyadov prospektinin, Ələsgər Qayıbov küçəsi ilə kəsişməsindən başlayaraq, Çermet yol ötürücüsü üzərindən, DİN Hospitalın qarşısına qədər olan hissəyə qədər - əsas yolda, 20 Yanvar dairəsi istiqamətində sıxlıq

 

6. Səməd Vurğun küçəsində Zabitlər parkının yanından, Abbasqulu ağa Bakıxanov küçəsi ilə kəsişmə olan hissəsinə qədər, Yusif Vəzir Çəmənzəminli küçəsi istiqamətində sıxlıq

 

7. Salatın Əsgərova küçəsinin, Təbriz küçəsi ilə Ceyhun bəy Hacıbəyli küçələrinin kəsişməsindən, Azadlıq prospekti ilə kəsişməsinə qədər olan hissəsində sıxlıq

 

8. Rəşid Behbudov küçəsinin, Üzeyir Hacıbəyli küçəsi ilə kəsişməsindən, Dilarə Əliyeva küçəsi ilə kəsişməsinə qədər olan hissəsində sıxlıq

 

9. Həsən bəy Zərdabi prospektinin 20 Yanvar dairəsinə düşən hissəsində sıxlıq müşahidə olunur.



Xəbəri paylaş

1187 dəfə oxunub.

Digər xəbərlər
16-09-2023, 11:49 Ərdoğan ABŞ-a GEDİR