Saytımızı qiymətləndirin


 
 

"Şuşa söhbətləri" layihəsi təqdim olunub
Tarix: 15-03-2022 | Saat: 11:37
Bölmə:Karusel / Gündəm | çapa göndər

Anar Kərimov Mədəniyyət Nazirliyin kollektivinə təqdim edilib

Bu gün Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət naziri Anar Kərimovun iştirakı ilə "Shusha talks" ("Şuşa söhbətləri") layihəsinin təqdimat mərasimi baş tutub.

Qarabaginfo.az-ın xəbərinə görə, mədəniyyət naziri Anar Kərimov çıxışında qeyd edib ki, ilboyu Şuşa ilə bağlı bir çox layihələr həyata keçiriləcək.

Nazir "Shusha talks"un bu layihələr içərisində xüsusi yer tutduğunu bildirib: “Biz istəyirik ki, Şuşanı fəaliyyətimizdə ana xətt kimi aparaq. Bu gün biz önəmli bir layihəyə start veririk. Bu layihə cənab Prezident tərəfindən elan edilən "Şuşa İli"nə həsr edilib. Şuşa mədəniyyət paytaxtımız olaraq azadlığının ikinci ildönümünü yaşayacaq. Bu qüruru bizə yaşatdığı üçün Ali baş Komandan, Ordumuza təşəkkür edirik.

İstəyirik ki, “Şuşa söhbətləri” vasitəsilə Şuşanın dəyərini təbliğ edə bilək".

Mədəniyyət Nazirliyinin Media və kommunikasiya şöbəsinin müdiri Məryəm Qafarzadə "Şuşa ili" çərçivəsində həyata keçiriləcək layihələr barədə ətraflı məlumat verib. O, artıq bəzi layihələrə start verildiyini deyib.

Əməkdar incəsənət xadimi, modelyer Fəxriyyə Xələfova çıxışında layihənin onun üçün xüsusi əhəmiyyət kəsb etdiyini qeyd edib: "Burda təcrübə də çox önəmlidir. Düşünürəm ki, görüləcək işlər çox peşəkar şəkildə təqdim olunacaq. Bu istiqamətdə görüləcək işləri həm ölkə ictimaiyyətinə, həm də beynəlxalq layihələrdə təqdim edə biləcəyik".

Tanınmış fotoreportyor Reza Deqati Şuşa ilə bağlı xatirələrindən danışıb. O, Şuşada fotoqrafiya məktəbi açmaq istədiyini deyib: “Həm fotoqraf, həm memar, həm də tarixçi kimi çox maraqlıdır ki, necə olub Şuşada bu qədər ziyalılar yetişib. Bu cür yerlər dünyada azdır. Mən istəyirəm Şuşada fotoqrafiya məktəbi yaradım, dünyanın müxtəlif ölkələrindən ora fotoqraflar gəlsin. Bu, fotofestival şəklində də ola bilər. Bilirsiniz, foto indi dünyanın ən birinci dilidir. Fotonun dili ilə bütün dünya ilə danışmaq olar."

Çıxışlardan sonra tədbir müzakirələrlə davam edib.



Xəbəri paylaş

228 dəfə oxunub.

Digər xəbərlər