Tarix: 07-06-2023 | Saat: 17:36
Bölmə:Karusel / Siyasət | çapa göndər
Ermənistan ilə Azərbaycan arasında sərhədlərin demarkasiya və delimitasiya olunması üçün 1975-ci ilin xəritələrindən istifadə edilməsi təklifi Rusiyadan gəlib.
Qarabaginfo.az xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Sergey Baqratyan deyib.
Onun sözlərinə görə, 1975-ci il xəritələrinin gündəmə gətirilməsi Ermənistanın yox, Rusiyanın təşəbbüsüdür. Erməni deputat Rusiyanın irəli sürdüyü təklifin ABŞ tərəfindən dəstəkləndiyini vurğulayıb.
“1975-ci ilin xəritələrinin rəhbər tutulması təklifi Rusiya tərəfdən gəlib. Bu, Amerika və Ermənistan tərəfi üçün məqbuldur, lakin Azərbaycan qəbul etmir", - Sergey Baqratyan vurğulayıb.
Baqratyan əlavə edib ki, sərhədlərin dəqiqləşdirilməsi məsələsində Azərbaycan və Ermənistanın yanaşması eynidir: "Sülh sazişinin əsasını delimitasiya təşkil etməlidir. Bu mənada tərəflər sərhədlərin dəqiqliyi ilə bağlı danışıqlar aparırlar".
Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın sözlərinə görə, sərhədin delimitasiya və demarkasiyası 1975-ci ildəki SSRİ Baş Qərargahının xəritələrinə əsasən aparılacaq. Paşinyan hesab edir ki, Ermənistanın mövqeyi dəyişməz olaraq qalır. Belə ki, o, SSRİ Baş Qərargahının 1975-ci ildəki xəritələrinə əsasən delimitasiya tərəfdarıdır:
“İrəvan delimitasiyanın nəticələrinə görə qoşunların güzgüvari şəkildə geri çəkilməsində israrlıdır. Bu, təhlükəsizliyi təmin edəcək. Bu vəzifə artıq beynəlxalq birlik tərəfindən formalaşdırılıb və bu mühüm haldır. Bakının qoşunların çıxarılması ilə bağlı mövqeyinə gəlincə, hazırda heç bir irəliləyiş görmürük”.
Digər xəbərlər