Ana Sayfa > Karusel / Siyasət > 1975-ci ilin xəritəsi Rusiyanın təklifidir, ABŞ da dəstəkləyir - Erməni deputat
1975-ci ilin xəritəsi Rusiyanın təklifidir, ABŞ da dəstəkləyir - Erməni deputat7-06-2023, 17:36. Yazar: Admin |
Ermənistan ilə Azərbaycan arasında sərhədlərin demarkasiya və delimitasiya olunması üçün 1975-ci ilin xəritələrindən istifadə edilməsi təklifi Rusiyadan gəlib.
Onun sözlərinə görə, 1975-ci il xəritələrinin gündəmə gətirilməsi Ermənistanın yox, Rusiyanın təşəbbüsüdür. Erməni deputat Rusiyanın irəli sürdüyü təklifin ABŞ tərəfindən dəstəkləndiyini vurğulayıb.
Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın sözlərinə görə, sərhədin delimitasiya və demarkasiyası 1975-ci ildəki SSRİ Baş Qərargahının xəritələrinə əsasən aparılacaq. Paşinyan hesab edir ki, Ermənistanın mövqeyi dəyişməz olaraq qalır. Belə ki, o, SSRİ Baş Qərargahının 1975-ci ildəki xəritələrinə əsasən delimitasiya tərəfdarıdır:
“İrəvan delimitasiyanın nəticələrinə görə qoşunların güzgüvari şəkildə geri çəkilməsində israrlıdır. Bu, təhlükəsizliyi təmin edəcək. Bu vəzifə artıq beynəlxalq birlik tərəfindən formalaşdırılıb və bu mühüm haldır. Bakının qoşunların çıxarılması ilə bağlı mövqeyinə gəlincə, hazırda heç bir irəliləyiş görmürük”. Geri dön |