Saytımızı qiymətləndirin


 
 

Səfir: “Təklif gələrsə Azərbaycan hökuməti vizadan azadetmə məsələsinə baxa bilər”
Tarix: 28-05-2022 | Saat: 19:04
Bölmə:Karusel / Gündəm | çapa göndər

Nərgiz Qurbanova yeni vəzifəyə təyin edildi

“Pandemiyaya baxmayaraq azərbaycanlı gənclər arasında Polşaya maraq çox böyük olub”.

Qarabaginfo.az xəbər verir ki, bunu Azərbaycanın Polşadakı səfiri Nərgiz Qurbanova deyib.

O bildirib ki, pandemiyadan əvvəl Polşada təhsil alan xarici tələbələrə arasında azərbaycanlı tələbələr ilk beşlikdə idi.

Turistlərin Azərbaycana səfəri ilə bağlı azərbaycanlı diplomat bildirib ki, asan-viza xarici turistlərin Azərbaycana səfərini asanlaşdırıb: "Elektron viza turistlər üçün yaxşı imkanlar verir. 2014-cü ildə Aİ və Azərbaycan arasında vizaların sadələşdirilməsi ilə bağlı sənəd də imzalanıb. Ancaq təbii ki, turizm sektorundan, səfirliklərdən, geniş seqmentdən təkliflər gələrsə Azərbaycan hökuməti bu məsələyə baxa bilər. Birtərəfli vizadan azadetmə Azərbaycan hökumətinin səlahiyyətləri çərçivəsində olan məsələdir".

Səfir Qurbanova deyib ki, Polşada tələbələrlə yanaşı, mütəxəssislərin sayı da artır, gənc mütəxəssislər Polşadan iş təklifi alır və ya peşəkarlıqlarını artırmaq üçün bu ölkənin müxtəlif şəhərlərinə səfərlər edirlər: “Bu mədəni, siyasi dialoqun güclənməsinin, həmçinin xalqlararası münasibətlərin genişlənməsinin nəticəsidir”.



Xəbəri paylaş

1267 dəfə oxunub.

Digər xəbərlər