Saytımızı qiymətləndirin


 
 

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri Azərbaycan Prezidentini təbrik edib
Tarix: 27-05-2022 | Saat: 21:14
Bölmə:Karusel / Gündəm | çapa göndər

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri Azərbaycan Prezidentini təbrik edib

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri və İdarə Heyətinin üzvləri Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Qarabaginfo.az-ın məlumatına görə, məktubda deyilir:

 

Zati-aliləri.

Biz ölkənizin milli bayramı - Müstəqillik Gününü Azərbaycan xalqı ilə birgə qeyd edir və bu münasibətlə Zati-alinizə, Birinci vitse-prezidentə təbriklərimizi çatdırırıq.

Dünyanın qarşılaşdığı təhdid və çağırışlara baxmayaraq, Azərbaycanın ötən otuz il ərzində qazandığı böyük nailiyyətləri yüksək qiymətləndiririk.

Cənab Prezident, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin yaradılması, inkişafı və beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində göstərdiyiniz səylərə görə Sizə səmimi-qəlbdən minnətdarlığımızı çatdırmaq istərdik. İnanırıq ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin gücləndirilməsi işini birgə davam etdirəcəyik və daha uğurlu nailiyyətlərə imza atacağıq.

Bu ilin iyun ayında IX Qlobal Bakı Forumunda iştirak etməyi və Sizinlə yenidən görüşməyi səbirsizliklə gözləyirik.

Cənab Prezident, xahiş edirik ən yüksək ehtiramımızı qəbul edin.

Dərin hörmətlə,

Vayra Vike-Freyberqa

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri,

1999-2007-ci illərdə Latviya Respublikasının Prezidenti

İsmail Serageldin

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri,

1992-2000-ci illərdə Dünya Bankının vitse-prezidenti

Rosen Plevneliyev

2012-2017-ci illərdə Bolqarıstanın Prezidenti

Əmr Musa

2001-2011-ci illərdə Ərəb Dövlətləri Liqasının Baş katibi

Petar Stoyanov

1997-2002-ci illərdə Bolqarıstanın Prezidenti

İv Löterm

2008, 2009-2011-ci illərdə Belçikanın Baş naziri

Zlatko Laqumciya

2001-2002-ci illərdə Bosniya və Herseqovinanın Baş naziri

Eka Tkelaşvili

2010-2012-ci illərdə Gürcüstanın Baş nazirinin müavini

Katerina Yuşşenko

2005-2010-cu illərdə Ukraynanın birinci xanımı

İvo Yosipoviç

2010-2015-ci illərdə Xorvatiyanın Prezidenti

Filip Vuyanoviç

2003-2018-ci illərdə Monteneqronun Prezidenti

Boris Tadiç

2004-2012-ci illərdə Serbiyanın Prezidenti

Rövşən Muradov

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Baş katibi



Xəbəri paylaş

1260 dəfə oxunub.

Digər xəbərlər