Ana Sayfa > Karusel / Gündəm > Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri Azərbaycan Prezidentini təbrik edib
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri Azərbaycan Prezidentini təbrik edib27-05-2022, 21:14. Yazar: Admin |
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri və İdarə Heyətinin üzvləri Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Qarabaginfo.az-ın məlumatına görə, məktubda deyilir:
Zati-aliləri. Biz ölkənizin milli bayramı - Müstəqillik Gününü Azərbaycan xalqı ilə birgə qeyd edir və bu münasibətlə Zati-alinizə, Birinci vitse-prezidentə təbriklərimizi çatdırırıq. Dünyanın qarşılaşdığı təhdid və çağırışlara baxmayaraq, Azərbaycanın ötən otuz il ərzində qazandığı böyük nailiyyətləri yüksək qiymətləndiririk. Cənab Prezident, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin yaradılması, inkişafı və beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində göstərdiyiniz səylərə görə Sizə səmimi-qəlbdən minnətdarlığımızı çatdırmaq istərdik. İnanırıq ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin gücləndirilməsi işini birgə davam etdirəcəyik və daha uğurlu nailiyyətlərə imza atacağıq. Bu ilin iyun ayında IX Qlobal Bakı Forumunda iştirak etməyi və Sizinlə yenidən görüşməyi səbirsizliklə gözləyirik. Cənab Prezident, xahiş edirik ən yüksək ehtiramımızı qəbul edin. Dərin hörmətlə, Vayra Vike-Freyberqa Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, 1999-2007-ci illərdə Latviya Respublikasının Prezidenti İsmail Serageldin Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, 1992-2000-ci illərdə Dünya Bankının vitse-prezidenti Rosen Plevneliyev 2012-2017-ci illərdə Bolqarıstanın Prezidenti Əmr Musa 2001-2011-ci illərdə Ərəb Dövlətləri Liqasının Baş katibi Petar Stoyanov 1997-2002-ci illərdə Bolqarıstanın Prezidenti İv Löterm 2008, 2009-2011-ci illərdə Belçikanın Baş naziri Zlatko Laqumciya 2001-2002-ci illərdə Bosniya və Herseqovinanın Baş naziri Eka Tkelaşvili 2010-2012-ci illərdə Gürcüstanın Baş nazirinin müavini Katerina Yuşşenko 2005-2010-cu illərdə Ukraynanın birinci xanımı İvo Yosipoviç 2010-2015-ci illərdə Xorvatiyanın Prezidenti Filip Vuyanoviç 2003-2018-ci illərdə Monteneqronun Prezidenti Boris Tadiç 2004-2012-ci illərdə Serbiyanın Prezidenti Rövşən Muradov Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Baş katibi Geri dön |