Saytımızı qiymətləndirin


 
 

Çavuşoğlu: “Ukrayna müharibəsi həmrəyliyə çox ehtiyac olduğunu göstərdi”
Tarix: 27-05-2022 | Saat: 19:10
Bölmə:Karusel / Gündəm | çapa göndər

Çavuşoğlu: “Ukrayna müharibəsi həmrəyliyə çox ehtiyac olduğunu göstərdi”

"Yaşadığımız bölgədə yetərincə qarşıdurmalar var, bizim aramızda olan fikir ayrılıqlarının olmasının heç kimə xeyri yoxdur".

Qarabaginfo.az-ın verdiyi xəbərə görə, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu İstanbulda Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Şeyx Abdullah bin Zayed əl Nəhyan ilə birgə mətbuat konfransı zamanı deyib.

 

O qeyd edib ki, Ukrayna müharibəsi həmrəyliyə, birliyə və sabitliyə hər zamankındən nə qədər çox ehtiyac olduğunu göstərdi. Nazirin sözlərinə görə, terrorla mübarizədə birgə əməkdaşlıq da son dərəcə vacibdir.

Bundan əlavə, Çavuşoğlu ölkəsinin Səudiyyə Ərəbistanına və BBƏ-yə Liviya, Yəmən və digər məsələlərlə bağlı mövqeyini açıqlayaraq, əməkdaşlıq tərəfdarı olduğunu bildirib.



Xəbəri paylaş

1200 dəfə oxunub.

Digər xəbərlər