Tarix: 27-05-2022 | Saat: 15:01
Bölmə:Karusel / Gündəm | çapa göndər
Polşa Prezidenti Andjey Duda Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Qarabaginfo.az xəbər verir ki, məktubun mətnində deyilir:
“Hörmətli cənab Prezident.
Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Polşa xalqı adından və şəxsən öz adımdan Sizə, ölkənizin bütün vətəndaşlarına səmimi-qəlbdən təbriklərimi və xoş arzularımı çatdırmaqdan şərəf duyuram.
2022-ci ildə biz Polşa Respublikası ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünü qeyd edirik. Bu müddət ərzində çox yaxşı səviyyədə olan siyasi münasibətləri inkişaf etdirməyə, ticarət əlaqələrini, ənənəvi dostluğu və əməkdaşlığı dərinləşdirməyə nail olduq.
Azərbaycan Respublikası Cənubi Qafqaz regionunda bizim üçün mühüm tərəfdaşdır. 2017-ci ildə Varşavaya səfəriniz zamanı Polşa Respublikası ilə Azərbaycan Respublikası arasında imzalanmış Strateji Tərəfdaşlıq və İqtisadi Əməkdaşlığa dair Yol Xəritəsi haqqında Birgə Bəyannamə münasibətlərimizin inkişaf istiqamətlərini müəyyən edən sənəd olaraq qalır. Dövlətlərimiz, xalqlarımız arasında əlaqələrin və əməkdaşlığın istər ikitərəfli formatda, istərsə də beynəlxalq təşkilatlar, o cümlədən Avropa İttifaqı çərçivəsində bundan sonra da uğurla inkişaf edəcəyinə əminəm.
Cənab Prezident, icazə verin, milli bayramınız münasibətilə bütün Azərbaycan vətəndaşlarına bir daha təbriklərimi çatdırım”.
***
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan:
“Möhtərəm cənab Prezident.
Azərbaycanın milli bayramı – Müstəqillik Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan şərəf duyuram.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, Azərbaycan hökumətinə və dost Azərbaycan xalqına isə rifah və tərəqqi arzulayıram.
Ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.
***
Hindistan Respublikasının Prezidenti Ram Nat Kovind:
“Müstəqillik Günü münasibətilə Hindistan hökuməti və xalqı adından, şəxsən öz adımdan Zati-alinizə, Azərbaycan hökumətinə və xalqına səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.
Hindistan ilə Azərbaycan arasında tarixi və mədəni əlaqələr mövcuddur. Bu il diplomatik əlaqələrimizin qurulmasının 30 illiyi tamam olur. Ötən 30 il ərzində əlaqələrimiz xüsusilə iqtisadi sahədə yaxşı inkişaf edib. Münasibətlərimizi qarşılıqlı anlaşma və maraq üzərində qurmaq olduqca vacibdir.
Zati-aliləri, fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, dost Azərbaycan xalqına tərəqqi və firavanlıq arzulayıram.
Cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.
Digər xəbərlər