Saytımızı qiymətləndirin


 
 

Şahin Mustafayev Qriqoryanla sərhəddəki bu qəsəbədə GÖRÜŞÜB
Tarix: 26-05-2022 | Saat: 12:12
Bölmə:Karusel / Gündəm | çapa göndər

Xəbər verildiyi kimi, mayın 24-də Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət komissiyalarının ilk görüşü keçirilib.

Tərəfləri Dövlət komissiyalarının sədrləri qismində Baş nazir müavinləri Şahin Mustafayev və Mher Qriqoryan təmsil ediblər. Görüş Azərbaycan-Ermənistan sərhəddində keçirilib.

Maraqlıdır, Dövlət komissiyalarının sədrləri sərhədin hansı nöqtəsində bir araya gəliblər?

Qarabaginfo.az xəbər verir ki, Ermənistan mətbuatı suala aydınlıq gətirib.

Belə ki, Mher Qriqoryanın ofisindən verilən məlumata görə, Ermənistan və Azərbaycan baş nazirlərinin müavinləri sərhəddə yerləşən Arazdəyən qəsəbəsi (ermənilər Yerasx adlandırılar) istiqamətində baş tutub.
 

"Növbəti görüşün tarixi hələ müəyyən edilməyib", - ofisdən bildirilib.


Qeyd edək ki, Arazdəyən Erməmistanın Vedibasar mahalında Araz çayı sahilində yerləşir. Arazdəyən  Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu ilə üzbəüz ərazidədir. Bu qəsəbəni Sədərək rayonundan dar keçid ayırır. İrəvan-Naxçıvan-Culfa-Təbriz tarixi karvan yolu, sonralar İrəvan-Naxçıvan-Bakı avtomobil yolu və İrəvan-Naxçıvan-Bakı dəmiryol xətti Arazdəyəndən keçir. 

Arazdəyəndə əvvəllər ancaq azərbaycanlılar yaşayıb, sonralar ora az sayda ermənilər də köçüb gəliblər.

Qəsəbənin adı Araz çayının daşdığı zaman suyun basdığı ərazi mənasında - Arazdəyən adlandırılıb

Arazdəyən 1918-1920-ci illər erməni-müsəlman müharibəsi zamanı dəfələrlə ayaq altında qalıb.

1968-ci il iyulun 3-də qəsəbənin adı erməniləşdirilərək Yerasx qoyulub.

Arazdəyənin azərbaycanlı əhalisi 1988-ci il hadisələri zamanı doğma yurdlarından qovulub, Azərbaycanın ayrı-ayrı bölgələrində məskunlaşıblar.

Mayın 24-də iki ölkə arasında əldə olunmuş razılaşmaların icrası çərçivəsində və müvafiq tapşırıqlar əsasında Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanla Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev arasında ilk  görüş keçirilib.

Tərəflər delimitasiya və digər müvafiq məsələlər, o cümlədən sərhəddə təhlükəsizliyin təmin edilməsi məsələləri üzrə komissiyalar çərçivəsində işləməyə hazır olduqlarını təsdiqləyiblər.
Komissiyaların birgə fəaliyyətinin təşkilati-prosessual məsələləri müzakirə edilib. Tərəflər sərhəddə keçirilən görüşlərlə yanaşı, komissiyaların növbəti iclaslarının keçirilməsi üçün müxtəlif yerlərdən istifadənin məqsədəuyğunluğu barədə razılığa gəliblər. O cümlədən ikinci görüşün Moskvada, üçüncü görüşün isə Brüsseldə keçirilməsi barədə razılıq əldə olunub.

Moskva görüşünün gələn həftə baş tutacağı gözlənilir.



Xəbəri paylaş

1227 dəfə oxunub.

Digər xəbərlər
19-03-2024, 12:45 Bayram gününün HAVASI